İlon Mask: ABŞ təkpartiyalı dövlətə çevrilə bilər
28 dekabr 2025 02:34 (UTC +04:00)

İlon Mask: ABŞ təkpartiyalı dövlətə çevrilə bilər

0

Amerikalı milyarder İlon Mask ABŞ-ın təkpartiyalı dövlətə çevrilmək təhlükəsi ilə üzləşdiyini bəyan edib.

APA xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində paylaşım edib.

“Radikal solçular uzun müddətdir ki, çoxlu sayda qanunsuz (bəzi hallarda qanuni) immiqrantı ölkəyə gətirmək və saxlamaqla seçkilərdə qalib gəlmək, demokratiyanı məhv etmək və Amerikanı təkpartiyalı dövlətə çevirmək məqsədilə saxta hökumət proqramlarından istifadə edirlər. Bu prosesi nə qədər dərindən araşdırsanız, vergi pullarınızın nəyə xərcləndiyini və bunun qarşısı alınmasa, verdiyiniz səslərin heç bir əhəmiyyət daşımayacağını görərək dəhşətə gələrsiniz.

Bunun ən bariz nümunəsi isə tarixən demək olar ki, heç bir somalilinin yaşamadığı Minnesota ştatında Somali səsvermə blokunun İlhan Öməri ABŞ Konqresinə seçməsidir. Eyni proses Avropa, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyada da müşahidə olunur”, – deyə Mask vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar