İmamoğlu ikinci dəfə hakim qarşına çıxır
20 oktyabr 2025 12:53 (UTC +04:00)

İmamoğlu ikinci dəfə hakim qarşına çıxır

0

Bir müddət əvvəl həbs edilən və vəzifəsindən uzaqlaşdırılan İstanbul Böyükşəhər Bələdiyyəsi sədri Əkrəm İmamoğlunun diplom işi üzrə bu gün yenidən məhkəmə iclası keçiriləcək.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, İmamoğlu barədə onun bakalavr diplomunun saxta olması iddiası ilə 2 il 6 aydan 8 il 9 aya qədər həbs tələbi irəli sürülüb.

Məhkəmə prosesi İstanbul Ədliyyəsindəki 59-cu Asliye Cəza Məhkəməsinin zalı kifayət etmədiyinə görə Silivridə yerləşən Marmara Qapalı Cəza İnfaz Qurumu kompleksinin 1 nömrəli məhkəmə zalında keçiriləcək.

Qeyd edək ki, 12 sentyabrda baş tutan ilk iclasda iddianamə oxunmuş və proses təxirə salınmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar