İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn formatda keçiriləcək.
Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə ölkənin Elm Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, qərarı nazirliyin müavinlər şurası bu gün qəbul edib.
Ali təhsil müəssisələri tərəfindən virtual dərslərə qoşulmaq imkanı olmayan tələbələr üçün kompensasiyaedici tədbirlərin görülməsi də təmin ediləcəyi bildirilib.
Xüsusi vəziyyət yarandığı halda isə regional şərait nəzərə alınaraq qərarların ali təhsilin regional idarəetmə işçi qruplarının rəyi əsasında qəbul edilməsi mümkündür.