İranda bayram tonqalları bu il də itkisiz ötüşməyib.
Lent.az xarici mediaya istinadla bildirir ki, keçirilən Novruz tədbirlərində 8 nəfər ölüb, 900 nəfər yaralanıb.
_1615963732.jpg)
İranda Novruz tonqalı
Bu barədə ölkənin Təcili Tibbi Yardım qurumunun direktoru Pir Huseyn Qulivənd məlumat verib. O bildirib ki, Novruz tonqallarında baş verən bədbəxt hadisələr nəticəsində 72 nəfər müxtəlif bədən üzvlərini itirib. 234 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, 300 nəfər isə gözündən yaralanıb.
_1615963768.jpg)
İranda Novruz tonqalı
Qeyd edək ki, İranda Novruz tədbirləri xüsusi təmtəraqla keçirilir. Hər il bu tədbirlər zamanı bir neçə insan həlak olur və ya yaralanır. Ötən il 3 nəfər ölüb, 1403 nəfər isə yaralanmışdı.