İsraillə 12 günlük silahlı münaqişə zamanı İranın təhlükəsizlik xidməti yəhudi dövlətinə işləyən 700 casus saxlayıb.
Lent.az xəbər verir ki, saxlanılanlar İslam Respublikasına qarşı bir neçə cinayət törətməkdə ittiham olunurlar. Onlar əldəqayırma partlayıcı qurğular hazırlamaqda və İranın hərbi obyektlərini lentə almaqda, eləcə də görüntüləri İsrail kəşfiyyatına ötürməkdə təqsirli bilinirlər.
Bundan əlavə, casuslar Təl-Əvivin maraqları naminə pilotsuz təyyarələr işlətməkdə ittiham olunublar. KİV-in məlumatına görə, təkcə İranın paytaxtında yəhudi dövlətinin 10 minə yaxın PUA-sı aşkar edilərək müsadirə edilib.