Etirazlardan sonra İranda internetə giriş bərpa edilib.
Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, internet qadağası ləğv edildikdən sonra etirazların dağıdılması, öldürülən insanlar və Tehranın qanlı küçələrinin görüntüləri sosial şəbəkələrdə yayılmağa başlayıb:
Sosial şəbəkələrdə ən çox yayılan və müzakirə olunan isə öldürülən etirazçıların meyitləri arasında övladının cansız bədənini axtaran ananın fotosudur:
Bundan başqa, İrandakı etirazlarda öldürülən azərbaycanlı gəncin anasının meyiti yanındakı fəryadı isə hamını sarsıtdı:
İran küçələrində öldürülən etirazçı gənclərin ayaqqabılarının görüntüsü isə ürək parçalayır:
Bir qız isə küçədən topladığı gilizlərin fotosunu paylaşaraq "Gəncliyimizə vurulan güllələr... Döyüşəcəyik, öləcəyik, İranı geri alacağıq!" şərhini yazıb: