İranın 3 şəhərində  partlayışlar baş verdi
09 iyul 2026 22:58 (UTC +04:00)

İranın 3 şəhərində partlayışlar baş verdi

0

İranın Konarak, Buşehr və Çoqadak şəhərlərində bir neçə partlayış baş verib.

Lent.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Məlumata görə, ölkənin cənub-şərqində yerləşən liman şəhəri Konarakda üç partlayış səsi eşidilib.

Bununla yanaşı, İranın cənub-qərbində yerləşən Buşehr şəhəri və ona yaxın olan Çoqadak şəhərinin ətrafında daha iki partlayış qeydə alınıb.

Hadisələr nəticəsində dağıntılar və ya xəsarət alanlar barədə hələlik rəsmi məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar