İsa peyğəmbərin qeybə çəkildiyi yerdə  YENİ TAPINTILAR
03 sentyabr 2026 12:32 (UTC +04:00)

İsa peyğəmbərin qeybə çəkildiyi yerdə YENİ TAPINTILAR

0

Arxeoloqlar Qüdsdə Müqəddəs Qəbir kilsəsinin altında aparılan qazıntıları başa çatdırıblar və İsa Məsihin dövründə bu ərazinin necə görünə biləcəyinə dair yeni məlumatlar əldə ediblər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, tapılan toxum və çiçək tozcuqları çarmıxa çəkilmə və dəfn yerinin yaxınlığında bağ olduğunu göstərir.

Alimlər hesab edirlər ki, eramızın I əsrində bu ərazi məhz belə görünə bilərdi.

Bu məlumatlar İohannın İncilindəki təsvirlərlə də uyğun gəlir. Orada İsanın çarmıxa çəkildiyi yerin yaxınlığında bağ və yeni məzarın olduğu bildirilir.

Müqəddəs Qəbir kilsəsi xristian ənənəsində İsa Məsihin çarmıxa çəkildiyi, dəfn olunduğu və dirildiyi yer hesab edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar