İsrail F-35 qırıcı təyyarələrinin sayını 48-ə çatdırdı
19 yanvar 2026 07:22 (UTC +04:00)

İsrail F-35 qırıcı təyyarələrinin sayını 48-ə çatdırdı

0

İsrail Hərbi Hava Qüvvələri ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən istehsal olunan üç yeni beşinci nəsil F-35 qırıcı təyyarəsini təhvil alıb.

Lent.az xəbər verir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, təyyarələr yanvarın 18-də İsrailin cənubunda yerləşən Nevatim hava bazasına eniş edib və Hərbi Hava Qüvvələrinin 116-cı və 140-cı eskadrilyalarına daxil ediləcək.

İsrail 2010-cu ildən F-35 qırıcılarını arsenalına daxil etməyə başlayıb. İlk iki təyyarə 2016-cı ilin dekabrında Nevatim hava bazasına çatdırılıb.

“The Times of Israel” qəzetinin məlumatına görə, yeni təyyarələrin gəlişi ilə İsrail Hərbi Hava Qüvvələrindəki F-35-lərin sayı 48-ə çatıb. İsrail 2024-cü ildə əlavə 25 F-35 sifariş edib və onların çatdırılmasına 2028-ci ildə başlanması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar