İrana qarşı əməliyyatın ikinci günündə İsrail Ordusunun pilotu ciddi nəticələrə səbəb ola biləcək səhvə yol verib.
Lent.az İsrail mediasına istinadla bildirir bunu, iyunun 27-də Kan 11 hərbi müşahidəçisi Karmela Menaşe açıqlayıb. Onun sözlərinə görə, 12 günlük müharibənin ikinci gecəsi İsrail ordusuna məxsus döyüş təyyarəsi İranın pilotsuz təyyarəsini tutmağa cəhd edib. Lakin təyyarənin atdığı raket ərəb ölkəsinin ərazisinə düşüb.
Menaşe bildirib ki, insident İsrail təyyarəsi ərəb ölkəsinin ərazisi üzərində hava məkanında döyüş tapşırığını yerinə yetirərkən baş verib. Manevr zamanı pilot rəhbərliyin əmrini gözləmədən vaxtından əvvəl hədəfə tutucu raket atıb.
Sursat İran pilotsuz təyyarəsinin yanından keçib və İsraildən kənarda yerdə partlayıb.
Daxili araşdırma nəticəsində məlum olub ki, atış təsadüfi olub – raket protokolun tələb etdiyi kimi, başa çatdıqdan sonra deyil, hədəf təyini zamanı buraxılıb. Səbəb insan səhvi ilə əlaqələndirilib: pilot bütün hesablamalar tamamlanmamış vaxtından əvvəl tətiyə basıb.
Yüksək rütbəli hərbi mənbə qeyd edib ki, əgər raket ərəb ölkəsində mülki əhali arasında itkilərə səbəb olsaydı, İranla münaqişə dayandırıla bilərdi.