İsrail İrana raket zərbəsi  endirdi
19 aprel 2024 06:22 (UTC +04:00)

İsrail İrana raket zərbəsi endirdi

0

İran İsrailin hücumuna məruz qalıb

 

İranda yerləşən obyekt İsrailin raket hücumuna məruz qalıb.

Lent.az xəbər verir ki, bu barədə “ABC” telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Aprelin 18-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns bildirib ki, İsrail İrana PUA və raketlərlə cavab verməyi nəzərdən keçirir.

Bundan öncə İran hakimiyyəti BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda İslam Respublikasının İsraillə münaqişəni genişləndirmək istəmədiyini, lakin yəhudi dövlətinin təcavüzkarlıq nümayiş etdirdiyi təqdirdə daha güclü cavab verəcəyini bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5005

Oxşar yazılar