İsrailin Qəzza zolağının müxtəlif ərazilərinə endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində azı 70 nəfər həlak olub.
Lent.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Məlumata görə, həlak olanların ümumi sayından təxminən 20 nəfəri Qəzza zolağının mərkəzi hissəsində yerləşən Əl-Bureyc qaçqın düşərgəsinin bombalanmasının qurbanı olub.
Fələstin anklavının Səhiyyə Xidməti qeyd edir ki, son 24 saat ərzində ən azı 184 nəfər yaralanıb.