İsrail Sənanı belə vurur-Ölənlər var -VİDEO -YENİLƏNİB
24 avqust 2025 19:07 (UTC +04:00)

İsrail Sənanı belə vurur-Ölənlər var-VİDEO-YENİLƏNİB

İsrail Hərbi Hava Qüvvələrinin Sənaya endirdiyi hava zərbəsi nəticəsində 2 nəfər ölüb.

Lent.az-ın xəbərinə görə, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

Hava zərbələri zamanı 5 nəfər də yaralanıb.

***

saat 17.18

Bu gün İsrail Ordusu Yəmənin paytaxtı Sənaya hava zərbələri endirib.

Lent.az-ın xəbərinə görə, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Sənada partlayışlar baş verib.

Yəməndə husilərə bağlı media qurumları İsrailin Sənaya hava hücumunda neft anbarını hədəfə aldığını açıqlayıb.

“Maariv” agentliyi isə Hodeyda və Sənada partlayışların olduğu barədə məlumat yayıb.

Bu arada “The Times of Israel” Israil Ordusuna istinadən avqustun 25-də Yəməndəki husi qruplaşmasının ilk dəfə İsrailə kaset bomba başlıqlı ballistik raketlə zərbə endirdiyi barədə məlumat yayıb. Raket Cinaton şəhərində evə düşüb və dağıntıya yol açıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 476

Oxşar yazılar