İsrailin İrandakı bir nömrəli hədəfi  ortaya çıxdı: DETALLAR
16 iyun 2025 13:17 (UTC +04:00)

İsrailin İrandakı bir nömrəli hədəfi ortaya çıxdı: DETALLAR

İsrailin İrana qarşı hücumlarında əsas hədəf Fordo Nüvə Qurğusudur. 

Lent.az-ın xarici mənbədən əldə etdiyi məlumata görə, mütəxəssislər bildirirlər ki, bu obyekt məhv edilsə, əməliyyatlar sona çata bilər.

Bəs İsrail Fordonu məhv etmək üçün hansı planlar qurur?

İsrailin cümə günü İrana başladığı intensiv hava hücumları, İranın hava hücumundan müdafiə sistemlərində zəiflik yaradıb və bəzi yüksək rütbəli hərbi şəxslərlə yanaşı nüvə proqramı ilə əlaqəli mərkəzləri də hədəfə alıb.

"Yüksələn Aslan" kod adı altında həyata keçirilən hücumlar çərçivəsində İrana məxsus bəzi kritik obyektlərin vurulduğu və azı 14 nüvə alimlərinin həlak olduğu bildirilib. Lakin bütün bu hücumlara baxmayaraq, İranın ən çox müzakirə olunan nüvə qurğularından biri olan Fordo Yanacaq Zənginləşdirmə Qurğusu hələ də fəaliyyət göstərir.

Tehran şəhərindən təxminən 160 kilometr cənubda, tarixi Qum şəhərinə yaxın dağlıq ərazidə yerləşən Fordo, İranın iki əsas nüvə zənginləşdirmə mərkəzindən biridir. Digər mərkəz olan Natanz Qurğusunun isə hücumlar nəticəsində qismən dağıldığı bildirilmişdi. Lakin Fordo həm yerləşmə yeri, həm də quruluşu baxımından İsrail üçün daha çətin və daha vacib bir hədəf sayılır.

Dağın içərisində inşa olunan, əsas tikililəri onlarca metr dərinlikdə yerləşən və müasir hava hücumundan müdafiə sistemləri ilə əhatə olunan Fordo Qurğusu, həm İranın texnoloji imkanlarının, həm də siyasi qətiyyətinin simvolu kimi bölgədə qiymətləndirilir.

İsrailin ABŞ-dakı səfiri Yexiel Leiter son açıqlamasında, "Bütün əməliyyat Fordonun məhv edilməsi ilə tamamlanacaq" sözləri ilə hədəfin aydınlığını vurğulayıb. İran mənbələri qurğuya qarşı hücum cəhdi olduğunu təsdiqləsə də, qurğunun ciddi zərər görmədiyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 860

Oxşar yazılar