İsrailin mədəniyyət naziri Amihai Eliyahu qatıldığı televiziya proqramında diqqətçəkən açıqlamalar verib.
Lent.az xəbər verir ki, Eliyahu İsrail hökumətinin İranda rejim əleyhdarı qruplarla birbaşa təmasda olduğunu və müxalifəti səfərbər etməyə çalışdığını etiraf edib.
Canlı yayımda çıxış edən Eliyahu “Biz İranda müxalifəti səfərbər etmək üçün çalışırıq və onlarla sıx əlaqə saxlayırıq” deyə bildirib.