Keçmiş müdafiə nazirinə qarşı  ittiham irəli sürüldü
26 dekabr 2025 22:23 (UTC +04:00)

Keçmiş müdafiə nazirinə qarşı ittiham irəli sürüldü

0

Ötən gün saxlanılan Gürcüstanın sabiq müdafiə naziri Baço Axalayaya qarşı ittiham irəli sürülüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğundan bildirilib.

Axalaya bu ilin oktyabrın 4-də bələdiyyə seçkiləri günündə Tbilisidə Gürcüstan prezidentinin sarayına basqın işi üzrə qrup halında zorakılığın təşkili və ona rəhbərlik etməkdə ittiham olunur.

Törədilmiş cinayət əməllərinə görə 9 ilədək həbs cəzası nəzərdə tutulur.

Baş Prokurorluq sabiq nazir barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.

Baço Axalaya 2009-2012-ci illərdə Gürcüstanın müdafiə naziri olub. O, məhbuslara işgəncə vermək ittihamı ilə 2012-ci ildə həbs olunub və 9 il müddətinə azadlıqdan məhrum edilib, 2022-ci ilin martında azadlığa çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar