Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapia və təşkilatın xəzinədarı Pablo Tovinyo 19 milyard pesodan (13 milyon dollardan çox) çox sosial təminat ödənişlərini ödəməməkdə ittiham edilirlər.
Lent.az xəbər verir ki, bu barədə "La Nacion" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, onlar ölkənin aparıcı klubları üçün nəzərdə tutulan pensiya ödənişlərinin qanunsuz olaraq mənimsəyiblər.
İttiham aktı artıq hakimə göndərilib və araşdırma başlanılıb.
AFA rəhbərliyi, həmçinin Pilardakı 10 hektarlıq ərazini qanunsuz mülkiyyətə verib. Ərazidə helikopter meydançası, atçılıq ferması və 50-dən çox retro avtomobil olub.