Fidel və Raul Kastro qardaşları
16 aprel 2021 23:41 (UTC +04:00)

Fidel və Raul Kastro qardaşları

Kubada Kastro qardaşlarının hakimiyyəti dövrü sona çatır

Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Raul Kastro postundan getməyə hazırlaşır.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, gələn həftənin birinci günü vəzifəsinin varisinə keçəcəyi gözlənilir. 

89 yaşlı siyasətçinin partiyanın 8-ci qurultayında iştirakı kastro üçün sonuncu olacaq. Ölkənin hazırkı prezidenti Miqel Dias-Kanelin siyasi rəhbərin varisi olacağı ehtimal olunur. Eyni zamanda, Kastro siyasi elitaya təsirini davam etdirəcək.

Beləliklə, Kubada 1959-cu ildə hakimiyyətə gələn inqilabçı Kastro qardaşlarının hakimiyyətinin uzunmüddətli dövrü sona çatacaq.

Raul Kastro inqilabçı Fidel Kastronun kiçik qardaşıdır. O, 2008-ci ildən 2018-ci ilədək dövlət başçısı olub. 2011-ci ildən Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik edir. Raul Kastro 1959-cu il inqilabından sonra 50 il hərbi nazir işləyib.
 

# 1833
avatar

Oxşar yazılar