Lotereyada 2 milyard dollara  yaxın pul qazanıldı, götürən yoxdur
21 yanvar 2026 13:14 (UTC +04:00)

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

0

ABŞ-ın Arkanzas ştatında Milad tirajı zamanı “Powerball” lotereyasında rekord cekpot udan şəxs hələ də pulunu almağa gəlməyib.

Lent.az xarici mediaya istinadla bildirir ki, naməlum qalib lotereya biletini Kabot şəhərindəki bir yanacaqdoldurma məntəqəsindən alıb. Uduşun məbləği 1,817 milyard dollar təşkil edib.

Lotereyanın təşkilatçıları bildirirlər ki, qalib indiyədək onlarla əlaqə saxlamayıb, halbuki tirajdan artıq üç həftədən çox vaxt keçib. “Arkansas Advocate” nəşri yazır ki, indi Kabot sakinləri bu sərvətin kimə qismət olduğunu təxmin etməyə çalışırlar. Qeyd olunur ki, şəhərin əhalisi təxminən 30 min nəfərdir.

Arkanzas lotereyada 500 min dollardan çox uduş qazanan qaliblərə anonim qalmağa icazə verən azsaylı ştatlardan biridir. Qaliblərin adı üç il ərzində açıqlanmır.

Uduş 30 il ərzində hissə-hissə ödənilir. Qalib həmçinin məbləğin bir hissəsindən imtina edib birdəfəlik 835 milyon dollar almağı seçə bilər. Hər iki halda o, 24 faiz federal vergi və 3,9 faiz ştat vergisi ödəməli olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 414

Oxşar yazılar