Mahmud Abbas, Fələstin Prezidenti
27 aprel 2025 09:17 (UTC +04:00)

Mahmud Abbas, Fələstin Prezidenti

Mahmud Abbas xələfini seçdi

Fələstin Prezidenti Mahmud Abbas yaxın sirdaşı sayılan Hüseyin Eş-Şeyxi müavini və mümkün xələfi təyin edib.

Lent.az-ın xəbərinə görə, bu barədə Fələstin Azadlıq Təşkilatı məlumat yayıb.

Fələstin Azadlıq Təşkilatının razılığı ilə Hüseyin Eş-Şeyx bu vəzifəyə təyin olunub.

Fələstin Azadlıq Təşkilatı yaradıldığı 1964-cü ildən sonra ilk dəfə bu il aprelin 24-də prezident müavini vəzifəsinin təsisinə qərar vermişdi.

Qeyd edək ki, 89 yaşlı Mahmud Abbas 2004-cü ildə Yaser Ərəfatın ölümündən sonra Fələstin Azadlıq Təşkilatının lideri və Fələstin prezidentidir. 64 yaşlı Hüseyin Eş-Şeyx isə Fələstin Azadlıq Təşkilatının İcra Komitəsinin Baş katibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1514

Oxşar yazılar