Makronun bağbanı tualetlə bağlı şikayətinə görə  işdən çıxarıldı
15 iyun 2025 10:18 (UTC +04:00)

Makronun bağbanı tualetlə bağlı şikayətinə görə işdən çıxarıldı

Bu yaxınlarda Emmanuel və Bricit Makronun bağbanı 33 yaşlı Lukas antisanitar iş şəraitindən şikayətdən sonra işdən çıxarılıb.

Kişi Versaldakı keçmiş ov evi olan La Lanternedə işləyirdi, Emmanuel prezident seçildikdən sonra Makron və həyat yoldaşı bu evə daxil giriş əldə ediblər.

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Fransa prezidentinin ikinci iqamətgahının ərazisində bir neçə işçi, o cümlədən dörd hektar kiçik bir sahəyə baxan bir bağban işləyirdi.

Lukas işini çox sevdiyini, lakin antisanitar iş şəraitinin onun vəziyyətinin  çətinləşdirdiyini söyləyib.

"Yağış yağanda damdan davamlı su axırdı, istilik yox idi, elektrik rozetkaları isə dəhşətli keyfiyyətdə idi! Duş yox, tualet yox, kolların arasında rahatlaşmalı oldum. Həyəcan siqnalı verməyə başlayanda mənə dedilər ki, şikayət etməməliyəm, çünki mənim başqa prioritetlərim olmalıdır", - bağban vurğulayıb.

Bir anda Lukas özündən çıxıb və iş yerində çəkilmiş videonu yayımlayıb. Bundan sonra işdən çıxarılıb. 

O, Bricit Makronla əlaqə saxlayaraq işinə geri qaytarmağa çalışsa da, buna nail ola bilməyib. O, sonda inzibati məhkəməyə şikayət edib. Lukas ona təzyiq edildiyini iddia edir və keçmiş işəgötürənlərini “vəzifə səlahiyyətlərindən sui-istifadədə” ittiham edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 776

Oxşar yazılar