Maliyyə uğuru üçün nə lazımdır? Milyarder açıqlandı
28 sentyabr 2023 11:16 (UTC +04:00)

Maliyyə uğuru üçün nə lazımdır? Milyarder açıqlandı

86 yaşlı amerikalı milyarder Bill Kamminqsin insanların uğur qazanmağına kömək edəcək bir neçə tövsiyələr verib. 

Lent.az “Daily Mail” portalına istinadən xəbər verir ki, iş adamı uşaqlığını yoxsulluq içində keçirib. 

O, valideynləri və bacısı ilə birlikdə  bir otaqlı mənzildə yaşayıb. Ancaq həyatın bu sıxıntıları Billin arzularına son qoya bilməyib.

Milyarder iddia edir ki, gənc yaşlarında bir çox kiçik işlərlə faydalı təcrübə və bacarıqlar qazanıb. Belə kiçik işlər onun bugünki maliyyə uğurlarına töhfə verib. 

Onun fikrincə, ən vacib keyfiyyətlər zəhmət, istək, əzmkarlıq və fədakarlıqdır. 86 yaşlı milyarder hesab edir ki, onları uzaqdan iş zamanı nümayiş etdirmək olmaz.

Bu səbəbdən uğur dalınca gedənlərə ofisdə işləməyi tövsiyə edir. Digər şeylər arasında, bu cür iş vasitəsilə insan həmkarları ilə birbaşa əlaqə quracaq və bəlkə də digər insanlardan faydalı bir şey öyrənəcək.

Sahibkar üçün digər vacib məqam uğura gedən yolda həmişə yaranan problemləri həll etmək bacarığıdır. O, həmçinin insanları daim fəaliyyətdə olmağı və liderliyə çağırır.

"Uğur haqqında yadda saxlamalı olduğunuz ən vacib şeylərdən biri özünüzə və həmkarlarınıza şans gələndə onu tanımağı öyrətməlisiniz", - deyə o bildirib. 

Kamminqs öz işində həmişə komanda oyunçuları ilə əməkdaşlıq etmək istəyir. Onun fikrincə, məhz bu amillər sayəsində o, nəhəng kommersiya daşınmaz əmlak imperiyası yaradıb və maliyyə cəhətdən uğur qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3053

Oxşar yazılar