Meşə yanğınları başladı, ÖLƏNLƏR VAR
05 fevral 2023 04:07 (UTC +04:00)

Meşə yanğınları başladı, ÖLƏNLƏR VAR

Çilinin mərkəzi və cənub bölgələrində davam edən meşə yanğınları nəticəsində həyatını itirənlərin sayı 22-yə çatıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Amerika ölkəsində isti havanın səbəb olduğu meşə yanğınlar davam edir.

Ölkənin müxtəlif yerlərində, xüsusilə Nuble və Biobio bölgələrində yanğınla mübarizə davam edərkən, insan itkiləri artır. Çili daxili işlər naziri Karolina Toha həyatını itirənlərin sayının 22-yə yüksəldiyini, 16-sı ağır olmaqla 554 nəfərin xəsarət aldığını bildirib.

Nazir təbii fəlakət zamanı azı 10 nəfərin itkin düşdüyünü qeyd edib. Karolina Toha 251 aktiv yanğın ocağından 76-nın bu gün başladığını bildirib.

# 1770
avatar

Oxşar yazılar