Meymun heyvanxanaya POLİS ÇAĞIRDI
17 avqust 2022 19:45 (UTC +04:00)

Meymun heyvanxanaya POLİS ÇAĞIRDI

ABŞ-ın Kaliforniya ştatında zooparkların birində qəribə hadisə yaşanıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, El Paso de Robles şəhərindəki zooparkdan polisə zəng edilib.

Operatorlar telefon sahibinə geri zəng etməyə çalışsalar da, cavab ala bilməyiblər. Zəngin səbəbini müəyyən etmək üçün çağırış yerinə polis nəfərləri göndərilib.

Məlum olub ki, zooparkdan zəng edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində zəng vura biləcək adamı tapmayıblar.

Sonda məlum olub ki, hay-küyün günahkarı Rut adlı kapuçin meymunudur. O, işçilərin zooparkda hərəkət etmək üçün istifadə etdikləri qolf arabasında qalmış mobil telefonu götürüb və düymələri sıxıb. İlk sırada olan nömrəyə - polsiə zəng gedib.

# 996
avatar

Oxşar yazılar