111 kilo  narkotikin PUA ilə  Azərbaycana keçirilməsinin qarşısı alındı
24 sentyabr 2026 11:37 (UTC +04:00)

111 kilo narkotikin PUA ilə Azərbaycana keçirilməsinin qarşısı alındı

0

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 111 kiloqram 200 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə Lent.az-a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində uçuş aparatı vasitəsilə sentyabr ayının 22-də dövlət sərhədindən ölkə ərazisinə keçirilməsinə cəhd edilən 57 kiloqram 500 qram, sentyabrın 24-də isə 53 kiloqram 700 qram narkotik vasitə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar