Beyləqanda "Niva" kanala düşdü, 5 nəfər  xəsarət aldı
23 sentyabr 2026 20:06 (UTC +04:00)

Beyləqanda "Niva" kanala düşdü, 5 nəfər xəsarət aldı

0

Beyləqanda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Sarısu qəsəbəsində qeydə alınıb. “Niva” markalı avtomobilin kanala düşməsi nəticəsində İran vətəndaşları – 1968-ci il təvəllüdlü Gholamhossein Sareban, 1959-cu il təvəllüdlü Alireza Mohajer, 1977-ci il təvəllüdlü Ali Kekani və 1968-ci il təvəllüdlü Mahdi Abbaszadeh, həmçinin Saatlı sakini, 1970-ci il təvəllüdlü Mirnamiq Ağayev xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb və ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 166

Oxşar yazılar