Mübariz Mənsimovun  həmtəsisçisi olduğu kanal bağlandı
22 dekabr 2025 19:01 (UTC +04:00)

Mübariz Mənsimovun həmtəsisçisi olduğu kanal bağlandı

0

Təxminən iki il əvvəl yaradılan Ekol TV fəaliyyətini dayandırıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, kanalın rəsmi internet saytında yayımlanan açıqlamada bildirilib ki, son dövrdə baş verən kapital strukturu dəyişiklikləri iqtisadi dayanıqlılığa mənfi təsir edib və bu səbəbdən yayımın davam etdirilməsi mümkün olmayıb.

Qeyd edək ki, bir neçə ay əvvəl jurnalist İsmail Saymaz Ekol TV-də kiçilmə qərarı alındığını yazmışdı. Onun məlumatına görə, iş adamı Mübariz Mansimovun layihədən çəkilməsindən sonra kanalın Ankara ofisi bağlanıb, İstanbulda isə yüzlərlə əməkdaş işdən çıxarılmalı idi. Ümumilikdə 300-ə yaxın jurnalistin işsiz qalacağı bildirilirdi.

Jurnalist Alican Uludağ isə baş verənləri sadəcə “kiçilmə” kimi dəyərləndirməyin doğru olmadığını qeyd edərək, kanalın qəfil bağlanmasının arxasında başqa səbəblərin ola biləcəyini irəli sürmüşdü.

Ekol TV-nin qurulması ideyası ilkin olaraq professor Ersan Şenə məxsus idi. Lakin kanal yayıma başlamazdan əvvəl o, rəhbərlikdən ayrılıb. Daha sonra layihə azərbaycanlı iş adamı Mübariz Mansimov tərəfindən satın alınıb və kanal 2024-cü ildə fəaliyyətə başlayıb.

Ekol TV 1 noyabr 2024-cü ildə İstanbul Respublika Baş Prokuroru Akın Gürlekin ziyarət etdiyi media qurumları arasında da yer almışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar