Bazar ertəsi axşam Manhettenin mərkəzində ofis binasında baş verən atışmada biri polis də daxil olmaqla 5 nəfər həlak olub.
Lent.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Ölənlər arasında Nyu-York polisi də var. Hüquq-mühafizə orqanlarındakı mənbələr atəş açan şəxsin intihar etdiyini bildirib.
Cinayətin konkret motivi məlum deyil. Müstəntiqlər təcavüzkarın şəxsiyyətinə əsaslanaraq müxtəlif nəzəriyyələr araşdırırlar.
***
05:39
Bazar ertəsi Nyu-Yorkun Manhetten şəhərinin mərkəzində biri polis olmaqla iki nəfər güllələnib.
Lent.az xəbər verir ki, bu barədə polisdəki mənbələrə istinadən “ABC News” məlumat yayıb.
Atəş açan şübhəli şəxs qaçıb. Yaralıların vəziyyəti hələlik məlum deyil.