İki avtomobil toqquşdu - 1 ölü, 3 yaralı
28 iyul 2025 21:07 (UTC +04:00)

İki avtomobil toqquşdu - 1 ölü, 3 yaralı

Şəkidə  baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saat 17 radələrində Yevlax-Zaqatala-Gürcüstan yolunun Şəki rayonu Şəki kəndi ərazisindən keçən hissəsində baş verib. 

Belə ki, hərəkətdə olan “VAZ-2107” və “Mitsubishi” markalı minik avtomobilləri toqquşub. 

Qəza zamanı “VAZ”ın sürücüsü, 63 yaşlı Səxavət Salamov hadisə yerində ölüb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan üç nəfər isə Mingəçevir Şəhər Xəstəxanasına aparılıb.

Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852

Oxşar yazılar