Bakıda daha 2 nəfər DƏNİZDƏ BATDI:  birinin 8 yaşı var
29 iyul 2025 11:09 (UTC +04:00)

Bakıda daha 2 nəfər DƏNİZDƏ BATDI: birinin 8 yaşı var

Bakının Sabunçu rayonunda yerləşən Pirşağı çimərliyində daha 2 nəfər dənizdə batıb.

Lent.az xəbər verir ki, İmişli rayon sakini, 2017-ci il təvəllüdlü Arif Aqil oğlu Rüstəmov və Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Rüfət Adil oğlu Cabbarov Pirşağı çimərliyində boğulublar.

Onların meyiti sudan çıxarılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1026

Oxşar yazılar