Şəmkirdə iki nəfər  bıçaqlandı - YENİLƏNİB
29 iyul 2025 08:24 (UTC +04:00)

Şəmkirdə iki nəfər bıçaqlandı - YENİLƏNİB

Şəmkirdə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarənın keçirdikləri müvafiq tədbirlər nəticəsində S. Əliyevə və K. Əliyevə kəsici deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ehtiram Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

08:01

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakinləri 2005-ci il təvəllüdlü Kazım Əliyev və 1999-cu il təvəllüdlü Sübhan Əliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal hər iki şəxsə yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Araşdırma zamanı məlum olub ki, əmi oğlanları olan həmin şəxsləri həmyerliləri olan Şəmkir şəhər sakini 1984-cü il təvəllüdlü Ehtiram Hüseynov aralarında baş verən münaqişə zəminində bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630

Oxşar yazılar