Zaqatala sakini arvadını boğub öldürdü
29 iyul 2025 10:10 (UTC +04:00)

Zaqatala sakini arvadını boğub öldürdü

Abşeronda qətl törədilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Aşağı Güzdək qəsəbəsində qeydə alınıb.

Zaqatala rayon sakini, 32 yaşlı Məhəmməd Ramazan oğlu Daşdəmirov kirayədə yaşadığı evdə arvadı, 23 yaşlı Günay Rövşən qızını boğaraq öldürüb.

Hadisə qısqanclıq zəminində törədilib.

M.Daşdəmirov könüllü olaraq Zaqatala Rayon Polis Şöbəsində gedərək təslim olub.

Araşdırmalar Abşeron rayon prokurorluğunda aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14616

Oxşar yazılar