NASA kainatın ən böyük sirrlərini  araşdıracaq yeni teleskopu kosmosa göndərir
27 avqust 2026 06:38 (UTC +04:00)

NASA kainatın ən böyük sirrlərini araşdıracaq yeni teleskopu kosmosa göndərir

0

NASA-nın “Nancy Grace Roman” kosmik teleskopunun bazar günü kosmosa göndərilməsi planlaşdırılır və cihaz kainatın ən böyük sirlərindən bəzilərini araşdıracaq.

Lent.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Təxminən 4 milyard dollar dəyərində olan teleskop “SpaceX Falcon Heavy” raketi ilə Floridadakı Kennedi Kosmik Mərkəzindən buraxılacaq.

Roman teleskopunun əsas məqsədlərindən biri qaranlıq maddə və qaranlıq enerjinin təbiətini araşdırmaq, kainatın necə genişləndiyini öyrənmək və Günəş sistemindən kənarda yeni planetlər axtarmaqdır.

NASA bildirir ki, teleskopun əsas müşahidə proqramı iki milyarddan çox qalaktikanı əhatə edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar