Niyə avstraliyalılar çimərlikdə "kolqotka"  geyinirlər -  Qeyri-adi   fakt
13 sentyabr 2025 13:36 (UTC +04:00)

Niyə avstraliyalılar çimərlikdə "kolqotka" geyinirlər - Qeyri-adi fakt

0

Avstraliya təkcə gözəl çimərlikləri ilə deyil, həm də təhlükəli heyvanların çoxluğu ilə tanınır. Yerli sakinlər və turistlər xüsusilə sahil xətti, eləcə də sahilyanı ərazilərdə diqqətli davranmağa çalışırlar.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, avstraliyalıların çoxunun ot və ya qum üzərində ayaqyalın gəzməkdən çəkinməsinin əsas səbəblərindən biri zəhərli dəniz canlılarının olmasıdır.

Onlardan biri də mor­sa aktiniyası dofleyniyadır. Bu canlı bəzən “ilan topası” yaxud “silahlanmış aktiniya” adlandırılır və insan üçün ciddi təhlükə yaradır.

Onun bədəni təxminən 20 sm-ə qədər böyüyür, lakin uzun tentaklları yarım metrədək uzana bilir. Aktiniya çox vaxt qumda və ya lildə gizlənir, bu isə onu xüsusilə çəkilmə vaxtı (otliv zamanı) çətin görünən edir. Tentaklları minlərlə zəhərli kapsul daşıyan knidositlərlə örtülüdür. Onların təsiri dəridə kəskin ağrı, şişkinlik, qıcolmalar yarada, qan dövranına düşdükdə isə iflic və tənəffüs çətinliyi törədə bilər.

Mütəxəssislər bildirirlər ki, dofleyniyanın zəhəri orqanizmdən yavaş xaric olur və təsirləri 6 həftəyə qədər davam edə bilər. Bu səbəbdən avstraliyalılar və təcrübəli dalğıclar dənizdə tanımadıqları canlılara toxunmamağı məsləhət görürlər. Çimərliklərdə və suda qoruyucu ayaqqabı və ya hətta xüsusi corab geyinmək tövsiyə olunur ki, təsadüfi təmasların qarşısı alınsın.

Xüsusilə otliv zamanı diqqətli olmaq vacibdir, çünki bu zaman aktiniya demək olar ki, tamamilə qumda gizlənmiş olur, lakin hələ də zəhər vurma qabiliyyətini saxlayır. Beləliklə, Avstraliya çimərliklərində ehtiyat tədbirlərinə riayət etmək sağlamlıq üçün real zərurətdir, sadəcə kapriz deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 462

Oxşar yazılar