Nyu-Yorkun ilk seçilmiş müsəlman meri Zöhran Məmdani yeni ilin ilk günündə rəsmi olaraq vəzifəsinə başlayıb.
Lent.az xəbər verir ki, Məmdani Brodveydə yerləşən bələdiyyə binasının pilləkənlərində minlərlə insanın qatıldığı açıq mərasimdə ikinci dəfə and içib.
Seçki prosesi zamanı Məmdanini açıq şəkildə dəstəkləyən senator Berni Sandersin də müşayiəti ilə Məmdani həyat yoldaşı Rama Duvajinin əlindəki Qurani Kərimə əlini qoyaraq and içib.
Nyu-Yorkda keçirilən mer seçkilərində qalib gələrək tarixə düşən 34 yaşlı Məmdani, özəl və açıq andiçmə mərasimlərindən sonra rəsmi olaraq Nyu-Yorkun ilk müsəlman meri kimi səlahiyyətlərinə başlayıb.