Ögey atadan övladlarına İŞGƏNCƏ:   Siqareti bədənində söndürdü
07 iyun 2023 13:48 (UTC +04:00)

Ögey atadan övladlarına İŞGƏNCƏ: Siqareti bədənində söndürdü

ABŞ-da kişi sevgilisinin üç uşağına qarşı zorakılıq edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə ABŞ-ın Florida ştatında baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları 32 yaşlı kişini saxlayıb və onu uşağa qarşı zorakılıq etməkdə ittiham ediblər. Məlum olub ki, kişi onları şvabra ilə döyüb, bədənlərində siqaret söndürüb və gecə tualetə getdikləri üçün it yuvasına bağlayıb.

Ananın sevgilisinin hərəkətlərinə məhəl qoymadığı qeyd edilir. Kişinin həbsi zamanı qadın həmin vaxt övladından birinin döyülmə nəticəsində kəllə sümüyünün sınığı ilə xəstəxanada olmasına baxmayaraq, onun günahsız olduğunu deyib.

Hazırda 3 uşaq anası valideynlik hüququndan məhrum edilib, sevgilisini 30 ilə qədər həbs gözləyir.

# 1653
avatar

Oxşar yazılar