Onlyfans modeli ağzı yapışqanlı ölü tapıldı
25 iyul 2026 17:21 (UTC +04:00)

Onlyfans modeli ağzı yapışqanlı ölü tapıldı

0

Perunun paytaxtı Limada 34 yaşlı OnlyFans modeli Martines Kopunun meyiti aşkarlanıb. La Çokolatita ləqəbi ilə tanınan model yaşadığı mənzildə ölü vəziyyətdə tapılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, binanın sahibi polisə oğlunun mənzilində tanımadığı bir qadının meyitinin olduğunu deyib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları

Martines Kopunu döşəmədə uzanmış vəziyyətdə aşkar ediblər. Modelin ağzının yapışqan lentlə bağlandığı bildirilib. Meyitin yaxınlığında isə boş pivə qutuları tapılıb.

Polis ev sahibinin oğlunu saxlayıb. İstintaqın məlumatına görə, hüquq-mühafizə orqanları hadisə yerinə çatanda o, mətbəxdə səhər yeməyi hazırlayırmış.

Hazırda saxlanılan şəxs qətldə əsas şübhəli hesab olunur. Şübhəlinin anası bildirib ki, oğlu ilə model hadisədən bir gün əvvəl birlikdə spirtli içki qəbul ediblər.

Faktla bağlı cinayət işi üzrə araşdırma davam etdirilir, hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar