Oyun meydançası yandı, 27 ölü var -YENİLƏNİB
26 may 2024 03:45 (UTC +04:00)

Oyun meydançası yandı, 27 ölü var-YENİLƏNİB

Hindistanın Qucarat ştatındakı Rajkot şəhərində oyun meydançasında baş verən yanğında ölənlərin sayı artıb.

Lent.az-ın məlumatına görə, bu barədə NDTV telekanalı məlumat yayıb.

“Rajkot şəhərindəki oyun meydançasında baş verən güclü yanğın nəticəsində 9-u uşaq olmaqla 27 nəfər həlak olub”, – nəşr bildirib.

Yanğınsöndürənlər alovla mübarizəni davam etdirirlər. Axtarış-xilasetmə əməliyyatı davam edir, ona görə də qurbanların sayı daha da arta bilər.

Polis komissarının köməkçisi Vinayak Patelin dediyinə görə, dağıntılar altından çıxarılan cəsədlər tamamilə yanıb və onları praktiki olaraq tanımaq mümkün olmayıb.

Yanğının başvermə səbəbi müəyyən edilməyib.

***

25.05.2024

Saat 20:56

Hindistanda anqardakı uşaq oyun meydançasında güclü yanğın olub.

Lent.az xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.

Hadisə Qucarat ştatında qeydə alınıb.

Baş verən yanğında çoxu uşaq olmaqla 20 nəfər ölüb.

Yanğının səbəbləri hələlik məlum deyil.

Yanğın nəticəsində anqarın dam örtüyü uçub. Yanğınsöndürənlər dağıntılar altında qalnaların olduğunu ehtimal edirlər.

Faktla bağlı araşdırmalara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3195
avatar

Oxşar yazılar