Hindistanda 2 pələng 3 saat ərzində 3 nəfərə hücum edib.
Lent.az xarici mediaya hadisələr iyulun 17-də Uttar Pradeş ştatının Pilibhit rayonunda baş verib. İlk qurban 50 yaşlı qadın Trişna olub. Onun qismən yeyilmiş cəsədi şəkər qamışı plantasiyasında tapılıb. Yarım saat sonra pələng 20 yaşlı Nileşə hücum edib və onun dostu pələngi çubuqla qovub.Yaxınlıqdakı tarlada daha bir nəfər yaralanıb.
2025-ci ilin aprelindən bəri ən azı doqquz hücum olub. Bundan əvvəl Fulkar kəndində pələng bir fermeri parçalayıb.
Yerli sakinlər pələnglərin məskunlaşdığı qoruğun sərhədlərində yırtıcılarla davamlı qarşıdurmalara baxmayaraq, hakimiyyəti fəaliyyətsizlikdə ittiham edirlər. Meşə idarəsi təhlükəli heyvanların tutulması üçün xüsusi qruplar göndərib, rayon rəhbərliyi isə təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini vəd edib.