Polisə "Bacarsanız məni tapın"  deyən qadın azadlıqdan məhrum edildi
26 yanvar 2026 05:57 (UTC +04:00)

Polisə "Bacarsanız məni tapın" deyən qadın azadlıqdan məhrum edildi

0

Türkiyənin Samsun şəhərində bir qadın sosial media hesabında polisi təhqir və söyüşlərlə hədəf alan bir video paylaşıb.

Lent.az xəbər verir ki, söyüşlə dolu paylaşımında qadın "Məni hər yerdə axtarırsınız, elə deyilmi? Görək. Nə vaxt təslim olacağımı bilirəm. Bacarsanız məni tapın" deyib.

Videonu paylaşılmasından dərhal sonra polis araşdırma başladıb və həmin qadının yeri müəyyən edilib.

Samsun Cinayət Məhkəməsi polis bölməsinə aparılan qadın barəsində "Təhdid" maddəsi ilə 5 ay həbs qərarı qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar