Prezidentə daş atan   saxlanıldı
28 avqust 2025 12:25 (UTC +04:00)

Prezidentə daş atan saxlanıldı

Argentina prezidenti Xavyer Mileyə seçkiqabağı tədbir zamanı daş atmaqda şübhəli bilinən gənc saxlanılıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, saxlanılan şəxsin 22 yaşı var. Məlumata görə, əvvəlcə polis iki nəfəri saxlayıb, lakin onlardan biri sonradan azad edilib.

Xatırladaq ki, avqustun 27-də Argentina prezidenti Xavyer Mileyin korteji daş-qalaq edilmiş, dövlət başçısı mühafizəçiləri tərəfindən təcili olaraq evakuasiya olunmuşdu. Hadisə, Mileyin açıq tavanlı limuzində Buenos-Ayres əyalətinin Lomas-de-Samora şəhərinin küçələrindən keçdiyi vaxt baş verib.

Mileyin nümayəndəsi Manuel Adorni baş verən iğtişaşlarda müxalifəti, xüsusilə ölkənin sabiq prezidenti Kristina Fernandes de Kirşnerin tərəfdarlarını günahlandırıb və “kirşnerizmin artıq mövcudluğunu dayandırmalı olduğunu” bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar