Rusiya prezidenti Vladimir Putinin Kremldən necə uzaqlaşdırılacağı barədə proqnoz açıqlanıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Britaniya ordusunun keçmiş baş qərargah rəisi general Riçard Dannat bildirib.
O, qeyd edib ki, Ukrayna ordusu uğurlu əks-hücuma keçib:
"Rusiya ordusunu geri otuzdurarsa, Putinin Kremldən qovulması qaçınılmaz olacaq".
General bunu yazın axırında, yayın əvvəllərində baş verəcəyini proqnozlaşdırıb.
Onun fikrincə, müharibənin gedişində ağır məğlubiyyətdən narazı qalan rus generallar və elita Putini Kremldən uzaqlaşdıra bilər.