Rusiya Prezidenti Vladimir Putin üç günlük müvəqqəti atəşkəs rejiminin tətbiq edilməsi və bu müddətdə Kiyevə zərbələrin endirilməməsi barədə göstəriş verib.
Lent.az yerli mediaya istinadla bildirir ki, qərarın Ukrayna paytaxtında ABŞ nümayəndələrinin iştirakı ilə keçiriləcək danışıqların təşkili və baş tutması ilə əlaqədar qəbul edildiyi bildirilir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamasında deyib.
Peskovun sözlərinə görə, atəşkəs bu gecə saat 00:00-dan tətbiq ediləcək.