Qadın 14 dəqiqəlik ölümdən sağ çıxıb uşaq doğdu
06 fevral 2025 13:38 (UTC +04:00)

Qadın 14 dəqiqəlik ölümdən sağ çıxıb uşaq doğdu

İngiltərə sakini hamiləliyinin son ayında 14 dəqiqəlik ürək dayanmasından sağ çıxıb və ana ola bilib.

Lent.az “The Sun”a istinadla xəbər verir ki, 30 yaşlı Nataşa Sokunbi hamiləliyin 37-ci həftəsində döş qəfəsində ağrılar səbəbilə təcili yardıma gəlib. Öz növbəsini gözləyərkən qadın qəfil huşunu itirib və ürəyi dayanıb. 30 həkim təcili olaraq Sokunbi üzərində kardiopulmoner reanimasiya aparmağa və eyni zamanda qeysəriyyə əməliyyatına başlayıb. Həkimlər qadını xilas edə bilib və onu üç gün komaya salıblar.

Sokunbinin dediyinə görə, o, oyananda əsl dəhşət yaşayıb. Uşağını qarnında hiss etməyib. Lakin əri onu sakitləşdirib. Məlum olub ki, qadının klinik ölümü zamanı qızı dünyaya gəlib. Həkimlər körpəni çıxarıb stabilləşdirə biliblər. Cütlük qızlarına Bo adını verib.

Sokunbinin sözlərinə görə, onun genetik ürək xəstəliyi var və hamiləliyin riskli olduğunu bilib. Qadın komada olduğu günlər ərzində kardioloqun nəzarətində olub və onun belə bir şeylə qarşılaşa biləcəyi barədə heç bir fikri olmayıb. O etiraf edib ki, əməliyyatdan sonra yenidən yeriməyi öyrənməli olub. Amma indi, iki aydan sonra demək olar ki, tam sağalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1757

Oxşar yazılar

Altıncı nəsil döyüş təyyarəsi gəlir -  F-47

Altıncı nəsil döyüş təyyarəsi gəlir - F-47

21 mart 2025 , 20:35
Leyenin ponisini parçalamaq canavarlara baha başa gəldi

Leyenin ponisini parçalamaq canavarlara baha başa gəldi

21 mart 2025 , 19:39
Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti

Ərdoğandan növbəti MESAJ

21 mart 2025 , 18:14
CHP fövqəladə qurultay keçirəcək

CHP fövqəladə qurultay keçirəcək

21 mart 2025 , 18:13
Belə ölümlər rekord həddə çatıb

Belə ölümlər rekord həddə çatıb

21 mart 2025 , 15:38
Gürcüstanın Prezidenti və Baş naziri Novruz bayramı şənliyində-VİDEO

Gürcüstanın Prezidenti və Baş naziri Novruz bayramı şənliyində-VİDEO

21 mart 2025 , 13:31
Britaniyada güclü partlayış-Hava limanı bağlandı -YENİLƏNİB

Britaniyada güclü partlayış-Hava limanı bağlandı-YENİLƏNİB

21 mart 2025 , 12:25
İranda zəlzələ  baş verdi

İranda zəlzələ baş verdi

21 mart 2025 , 06:55