Qadınları sevməyən, corab geyinməyən, şoumen...   DAHİLƏRİN BİLMƏDİYİMİZ VƏRDİŞLƏRİ 
16 iyun 2021 19:51 (UTC +04:00)

Qadınları sevməyən, corab geyinməyən, şoumen...   DAHİLƏRİN BİLMƏDİYİMİZ VƏRDİŞLƏRİ 

Onlar yalnız yaşadıqları dövrdə deyil, bu gün də qəribə vərdişləri ilə hər kəsi təəccübləndirirlər. 

Lent.az insanların böyük marağına səbəb olan məşhur dahilərin qəribə vərdişlərini təqdim edir: 

Albert Eynşteyn

Rahatlığı sevir, paltarlarına əhəmiyyət vermir, saçlarını daramır və corab geyinmirdi. Yeniyetməlikdən corab geyinməməyi vərdişə çevirən dahi əmisi oğluna yazdığı məktubda deyirdi: 
“Gənc yaşlarımda geyinirdim, amma baş barmağım həmişə corabı deşirdi. Nəhayət imtina etdim”. 
O  hətta Ağ Evdə iştirak etdiyi tədbirə belə corabsız getmişdi.

Nikola Tesla 

O, qəribə həyat yaşamaqla məşhur idi.  Tesla, ictimai həyatda seçiciliyi ilə tanınır. Vaxtının çox hissəsini oxumağa və ya işləməyə sərf edən dahi  bir və ya iki nəfərlə ünsiyyət qururdu. O, hətta qadınlarla münasibət qurmağa belə çalışmır, bundan çəkinirdi. 
“Yalnız olmaq kifayətdir. İxtiraların sirri budur”.  

Da Vinçi 

Da Vinçinin ən qəribə vərdişi qeydlər dəftərini hər zaman yanında saxlamsı idi. Burada elmi tədqiqatlar, rəsmlər, zarafatlar, nağıllar, heyran olduğu insanlar haqqında müşahidələr və fikirlər, maddi vəziyyəti haqqında düşüncələr, məktublar, yaşadığı fərdi problemlərlə bağlı verdiyi qərarlar, fəlsəfi düşüncələri qeyd etmişdi. 

Onun ən qəribə vərdişlərindən biri də sağdan sola yazması və yazdıqlarını yalnız güzgü ilə oxunmasıdır. 

Lüdviq van Bethoven

Bethoven çimmək vərdişi ilə yanaşı, qəhvəyə olan sevgisi ilə də məşhurdur. Bəstəkar ən vacib əsərlərindən bəzilərini hamamda yazıb. 

İmmanuel Kant 

Ömrünün 40 ilini hər gün eyni vaxtda, eyni şeyləri etməklə keçirirdi.  Bu Kantın həyatında özünəməxsus bir vərdişi idi.

Salvador Dali 

Onun qəribə sayılmayan davranış və vərdişləri az idi. Tam mənasında özünü şoumen kimi aparır, diqqət mərkəzində olmağı və ətrafdakı insanları əyləndirməyi xoşlayırdı. Bir dəfə natiq kimi qatılacağı bir konfransa dalğıc paltarında gedən Dali sonradan bunu marketinq texnikasına çevirdi. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3064

Oxşar yazılar

Süveydada təhlükəli olay

Süveydada təhlükəli olay

3 avqust 2025 , 14:39
Krasnodarda küçələri, yolları su basdı-VİDEO

Krasnodarda küçələri, yolları su basdı-VİDEO

3 avqust 2025 , 14:02
İranda kimya zavodunda yanğın-VİDEO

İranda kimya zavodunda yanğın-VİDEO

3 avqust 2025 , 11:32
Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

3 avqust 2025 , 10:21
"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

3 avqust 2025 , 09:21
ABŞ-da zəlzələ  baş verdi

ABŞ-da zəlzələ baş verdi

3 avqust 2025 , 07:50
Arılarda bioloji qocalmanı ləngitmək  qabiliyyəti aşkar edildi

Arılarda bioloji qocalmanı ləngitmək qabiliyyəti aşkar edildi

3 avqust 2025 , 06:02
Qızıl mədənində UÇQUN:  5 nəfər öldü

Qızıl mədənində UÇQUN: 5 nəfər öldü

3 avqust 2025 , 05:37