Qatı peyvənd düşməni olan Kennedi səhiyyə naziri oldu
13 fevral 2025 23:17 (UTC +04:00)

Qatı peyvənd düşməni olan Kennedi səhiyyə naziri oldu

ABŞ Senatı fevralın 13-də Robert Kennedinin ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin (Səhiyyə Nazirliyi) rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib.

Lent.az xəbər verir ki, CNN-in məlumatına görə, bu qərarın lehinə 52 senator, əleyhinə isə 48 konqresmen səs verib.

Respublikaçı prezident Donald Trampın təklif etdiyi Kennedinin namizədliyi bütün Demokrat senatorlar, həmçinin Respublikaçılar Partiyasının Senatdakı keçmiş lideri, respublikaçı Mitç Makkonnell tərəfindən rədd edilib.

“Reuters” xəbər verir ki, konqresmenlər iki günlük dinləmələrdən sonra 71 yaşlı Kennedini səhiyyə naziri vəzifəsinə təsdiq ediblər.

Demokratlar Kennedini həyat qurtaran dərmanlara şübhə yaratmaq üçün sui-qəsd nəzəriyyələri yaymaqda və peyvəndlərlə mübarizədə maddi marağa malik olmaqda ittiham ediblər. Kennedi isə bu iddiaları rədd edərək mövcud peyvənd proqramlarını qoruyacağına söz verib.

Qeyd edək ki, Kiçik Robert Kennedi ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur.

Peyvənd əleyhdarı kimi tanınan Kennedi “Covid” peyvəndinə fəal şəkildə qarşı çıxaraq bu peyvəndin ölümlərə səbəb olduğunu iddia edib.

Kennedinin səhiyyə naziri vəzifəsinə təyin edilməsinə 77 Nobel mükafatçısı, tibb ictimaiyyətinin üzvləri və hətta əmisi qızı Kerolayn Kennedi də daxil olmaqla, öz ailəsinin bəzi üzvləri dəqarşı çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2368

Oxşar yazılar

Tramp əmr etdi, ABŞ ordusu  hərəkətə keçdi

Tramp əmr etdi, ABŞ ordusu hərəkətə keçdi

15 mart 2025 , 23:00
5 yaşlı uşaq  parkda 87 yaşlı qadını öldürdü

5 yaşlı uşaq parkda 87 yaşlı qadını öldürdü

15 mart 2025 , 18:17
Ana və iki oğlu bıçaqla liseyə basqın etdilər

Ana və iki oğlu bıçaqla liseyə basqın etdilər

15 mart 2025 , 17:37
Saxta cərrah yüzə yaxın xəstəni şikəst etdi

Saxta cərrah yüzə yaxın xəstəni şikəst etdi

15 mart 2025 , 13:29
Nuhun gəmisi  bu ölkədə TAPILDI

Nuhun gəmisi bu ölkədə TAPILDI

15 mart 2025 , 11:55
Daha bir İŞİD lideri  öldürüldü

Daha bir İŞİD lideri öldürüldü

15 mart 2025 , 08:59
DİQQƏT : Bu şəxslər ABŞ-yə girə bilməyəcək

DİQQƏT: Bu şəxslər ABŞ-yə girə bilməyəcək

15 mart 2025 , 06:56
Trampdan ETİRAF  - Ukraynadakı münaqişəni 24 saata həll etməyim sarkazm idi

Trampdan ETİRAF - Ukraynadakı münaqişəni 24 saata həll etməyim sarkazm idi

15 mart 2025 , 05:14