Qayıq batdı, miqrantlar öldü
10 avqust 2022 07:49 (UTC +04:00)

Qayıq batdı, miqrantlar öldü

Tunis sahillərində qeyri-qanuni miqrantların olduğu qayıq batıb.

Lent.az-ın xəbərinə görə, bu barədə “Mosaique FM” radiostansiyası məlumat yayıb.

Gəmi Kerkenna adaları yaxınlığında batıb. Qayıqda ümumilikdə 30-a yaxın miqrant olub.

Hadisə yerinə gələn xilasedicilər 6 nəfərin meyitini sudan çıxarıblar. Ölənlərin qadın və uşaq olduğu deyilir.

Sahil Mühafizəsi qüvvələri 20 nəfəri xilas edə bilib. Onların hamısı Tunis vətəndaşlarıdır.

Hazırda itkin düşənlərin axtarışı davam etdirilir.

# 2196
avatar

Oxşar yazılar