Mərakeşdən olan miqrant paraşütlə uçuş üçün nəzərdə tutulan paraplandan istifadə edərək Seuta ilə sərhədi keçməyə cəhd edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Milli Qvardiyadakı mənbələrə istinadən yaydığı məlumata görə, kişi uçuş zamanı dənizə düşərək həyatını itirib.
Hadisə anklavın şimal hissəsində yerləşən Benzu dalğaqıranının yaxınlığında baş verib.
Araşdırma aparılır.