Qonşuların şikayəti ilə evdən 168 ton tullantı  çıxarıldı
18 yanvar 2026 01:37 (UTC +04:00)

Qonşuların şikayəti ilə evdən 168 ton tullantı çıxarıldı

0

Türkiyənin Mersin vilayətində sakinlərin pis qoxu ilə bağlı şikayət etməsindən sonra aidiyyəti qurumlar hadisə yerinə gəlib.

Lent.az xəbər verir ki, hadisə yerinə gələn polis məhəllədəki bir evə baxış keçirib və uzun müddət evə yığılan tullantıların ətraf mühit və insan sağlamlığı üçün təhlükə yaratdığı məlum olub.

Evin boşaldılması ilə bağlı qərar qəbul olunub və təmizlik işləri zamanı evdə köhnə paltarlar, xalçalar, metal qutular və digər məişət tullantıları tapılıb.

Polisin nəzarəti ilə evdən 28 yük maşını, təxminən 168 ton tullantı çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar