Rusiya bunu bacarmır
08 may 2022 14:27 (UTC +04:00)

Rusiya bunu bacarmır

Böyük ehtimalla, Rusiya hətta əlavə qüvvələr cəlb etməklə də Ukrayna Ordusunun Xarkov istiqamətində əks-hücumunun qarşısını almağı bacarmır.

Lent.az-ın “unian.net”-ə istinadən verdiyi məlumata görə, bu, Amerika Müharibə Araşdırma İnstitutunun tədqiqatında əksini tapıb.

Qeyd edilib ki, Ukrayna Ordusu yaxın günlərdə, yaxud həftələrdə Rusiya sərhədinə, Belqorod vilayətinə doğru irəliləyəcək. İnstitut nəzərə çatdırıb ki, Rusiya Ordusunun İzumdan Barvenkovo istiqamətində hücumunun qarşısı alınır, ruslar Slavyansk istiqamətində də hücum cəhdlərini dayandırıb. Ukrayna Ordusunun İzumdan qərbə – Zavod kəndi və Böyük Kamışevaxaya hücumları da dəf etdiyi görünür. Bu da Ukraynanın əks-hücumda məqsədinin Rusiya Ordusunu Xarkovdan Rusiya sərhədinə doğru sıxışdırmaq olduğunu təsdiqləyir. Eyni zamanda Ukrayna Ordusu Rusiya Ordusunun digər istiqamətlərdən qüvvələrini çıxararaq Xarkov istiqamətində cəmləməsinə nail olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2679

Oxşar yazılar

Uruqvayın keçmiş prezidenti öldü

Uruqvayın keçmiş prezidenti öldü

14 may 2025 , 03:23
“Mamagama” mübarizəni dayandırdı

“Mamagama” mübarizəni dayandırdı

14 may 2025 , 01:33
İsrail Qəzzanı BOMBALADI:   28 nəfər öldü

İsrail Qəzzanı BOMBALADI: 28 nəfər öldü

13 may 2025 , 23:47
Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

13 may 2025 , 06:39
İlin müəllimi 12 yaşlı uşağı zorladı

İlin müəllimi 12 yaşlı uşağı zorladı

13 may 2025 , 04:28
Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

13 may 2025 , 01:41
PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11